Yazını böyüt
Yazını kiçilt
“Biz Gürcüstan-Amerika münasibətlərinin yenidən başlaması üçün əvvəldən sona hazırıq”.
Hafta.az-ın yazdığına görə, bunu jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Hökumət başçısının qeyd etdiyi kimi, son üç-dörd il ərzində Gürcüstan-Amerika münasibətlərində çox şey pisləşib.
“Gürcüstan-Amerika münasibətlərinə gəlincə, biz gözləmə rejimindəyik. Biz münasibətlərin yenidən qurulmasına tam hazırıq. Bilirsiniz, son üç-dörd ildə bu münasibətlərdə çox şey səhv getdi və bu səbəbdən də əlaqələri yenidən qurmaq lazımdır. Biz buna tamamilə hazırıq və əsas odur ki, növbəti addımları görək. Müvafiq addımlar atılan kimi bu münasibətlərdə dönüş yaranacaq”, – deyə İrakli Kobaxidze bildirib.